RU

BMU-da valideynlərlə görüş təşkil olundu - FOTOLAR

Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsinin memarlıq, şəhərsalma və dizayn ixtisaslarında təhsil alan I kurs tələbələrinin valideynləri ilə növbəti görüş təşkil olunub.

"Unikal" xəbər verir ki, Universitet rəhbərliyinin təşəbbüsü ilə keçirilən belə görüşlərin əhəmiyyətini vurğulayan fakültənin dekanı Afər Əlifov əsas məqsədin valideynlərlə qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək, müəyyən məsələlərin birgə müzakirəsini gerçəkləşdirmək olduğunu deyib. Universitetdə səmimi müəllim-tələbə münasibətlərinin mövcudluğunu önə çəkən dekan valideynlərə ali təhsil ocağının maddi-texniki bazası, həyata keçirilən yeniliklər, habelə təhsil mühiti, tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verib.

Sonra görüşdə Memarlıq və şəhərsalma kafedrasının müdiri Sabir Orucov, Dizayn kafedrasının müdiri Vaqif Məmmədov, fakültənin müəllimləri Yasin Xəlilov, Arzu Məmmədova, Rasim Qurbanov, Leyla Səmədzadə və digərləri çıxış ediblər.Çıxışlarda memarlıq, şəhərsalma və dizayn ixtisaslarının önəmi, əmək bazarında bu sahədə mütəxəssislərə olan tələbat, həmçinin BMU-nun elektron sistemləri, semestr ərzində tələbələrin qiymətləndirmə prosesi, dərsə davamiyyət, nizam-intizam qaydaları və s. bu kimi mövzulara toxunulub.

Diskussiya şəraitində davam edən görüşdə valideynlərin təklif və rəyləri dinlənilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib. Bununla yanaşı, bu tipli görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi qeyd edilib.
Sonda valideynlər yaradılan şəraitə görə təşəkkürlərinibildiriblər.
 

Избранный
15
unikal.az

1Источники