RU

ABŞ Suriyadakı müxalifət lideri ilə təmasları məhsuldar adlandırır

ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Leafın başçılıq etdiyi amerikalı diplomatlardan ibarət nümayəndə heyəti Dəməşqdə Suriya müxalifətinin lideri Əhməd əl-Şara ilə ilk üz-üzə görüş keçirib.

Oxu24.com xəbər verir  ki, bu barədə Axios məlumat yayıb.

ABŞ rəsmiləri bu əlaqələri müsbət qiymətləndiriblər. Hələlik Dəməşqdəki danışıqların məzmunu ilə bağlı başqa təfərrüatlar verilmir.

Amerika diplomatlarından ibarət nümayəndə heyəti Dəməşqdə Suriya hakimiyyətinin nümayəndələri ilə sanksiyaların ləğvi və “Həyat Təhrir əş-Şam”ın (Rusiya Federasiyasında terrorçu kimi tanınan və qadağan olunmuş təşkilat) terror təşkilatları siyahısından çıxarılması məsələlərini müzakirə edib.

Ötən gün Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı zamanı deyib ki, Moskva Suriyadakı qruplarla əlaqələr saxlayır və onların hamısı Rusiya bazalarının bu ölkədə qalmasında maraqlıdırlar. Dövlət başçısı bazalardan humanitar yardımın çatdırılması üçün istifadə edilməsini təklif edib.

Bundan əvvəl Bəşər Əsəd Suriyada qalmasının mənasız olduğunu bildirmişdi.

 

Nigar

 

Избранный
39
30
oxu24.com

10Источники