RU

Sosial Şəbəkə trendlərinə asılılığın nəticəsi - PSİXOLOQ İZAH ETDİ

“Sosial şəbəkədə olan trendlər asılılıq yaradır”. Bu sözləri SİA-ya açıqlamasında ailə və uşaq psixoloqu, təlimçi Aynur İsmayılova deyib.

Onun fikirlərinə görə, son zamanlar sosial şəbəkələrin bu qədər geniş inkişaf etməsi eyni zamanda hər psixologiyaya uyğun insanların müxtəlif video yayımlaması kolektiv şüuraltıya təsir edən mexanizma olaraq gənclərdə həvəs yaradır: "Heç bir gəncdə həvəs olmasa belə, bir- birindən nümunə götürərək cürbəcür videolar yayırlar. Bu videolar, təbii ki, bəzən neqativ təsirli ola bilər. Həmin bu videolardan da psixologiyası zəif olan insanlar təsirlənir. Məsələn, bir videoda cəmiyyətə qarşı hər hansı bir zorakılıq kimi, fiziki şiddətə meyil göstərən, yaxud trenddə olan eyni hərəkəti təkrarlamaq kimi olsun, belə gənclər bunları təkrarladıqca özləri də fərqinə varmadan sosial şəbəkə asılılığı yaşayırlar. Sosial şəbəkə asılılığı yaşayan gənclər özünə qapalı, dərdlərini bölüşməyən, sadəcə "internet varsa, bizdə varıq" deyən bir qrupun yaranmasına səbəb olur. Beləliklə, real ünsiyyətdən çəkinən, real həyatda yaşamayan, ancaq virtual həyatı olan gənclərə çevrilirlər. Belə gənclər də nəinki intihar etməyə meyilli olurlar, eyni zamanda özlüyündə fiziki sağlamlıqlarına ziyan verirlər. Necə ki insanlarla ünsiyyətdə olmurlar, daim evdə vaxt keçirirlər, təbii ki, stress və depresiyaya bədənləri alışıq olur. Çünki onlarda bəzi vitamin əksikliyi yaranır. Bu gənclər telefonda, sosial şəbəkədə çox vaxt keçirirlər, yuxu pozğunluqları yaşayırlar, birbaşa sağlamlıqlarına necə təsir etdiklərinin fərqində deyillər. Hər hansı xəbəri afişa şəklində çox yayırsa, digər gənclər də fərqində oldu-olmadı nümunə götürlər. Yəni hər hansı bir psixoloji problemli insan video paylaşırsa, sağlam insan da bəzən bunun çox trendləşməsi nəticəsində oradan nümunə götürüb istədiyini edir".

Xeyrənsə Piriyeva

Избранный
10
sia.az

1Источники