RU

Astagəl insanlar kimlərə deyilir?

Bəzi insanlar hər hansı bir iş görərkən olduqca asta iş görür.

El arasında belələrinə “astagəl” deyilir.

Psixoloq Könül ismayılova Hit.az-a deyib ki, astagəl anın həzzini duyur, indini yaşayır, tələskən isə indini yaşamağı bacarmır, tələsə-tələsə indiki anını da buraxır, sonrakına tələsir, sonrakı da gələr-gəlməz o biri sonrakına, deməli, indini yaşamamaqla bərabər, həm də gələcəyini yaşaya bilmir: 

“Astagəlin yaddaşı da yaxşı olur, keçmişi tez unuda bilmir, tələskən isə yaddaşla bağlı problemlər yaşayır. Çünki, ancaq yaşanan anlar yaddaşa pərçimlənir. Astagəl keçmişdəki anıları daha yaxşı xatırlayır, çünki anı doya-doya yaşayıb. Elə insanlar var ki, onların əl işləri də, yemək yemə vərdişləri astadır. Yəni, o insanlar asta-asta tələsmədən işlərini görür. Kənarda nə baş verdiyi onlar üçün önəmli deyil, əsas odur onlar asta-asta öz işlərini görür. O insanlar bu vərdişləri ilə bağlı irad eşitsələr də, onlar öz bildiklərini etməyə davam edirlər”.

Sevinc

Избранный
13
hit.az

1Источники