RU

Trampın da dəstəklədiyi müvəqqəti büdcə layihəsi rədd edildi

ABŞ-nin Nümayəndələr Palatası yeni seçilmiş prezident Donald Trampın da dəstəklədiyi müvəqqəti büdcə layihəsini rədd edib. Metbuat.az xəbər verir ki, müzakirələr yekunlaşana qədər müvəqqəti büdcə layihəsi qəbul edilməsə hökumət fəaliyyətini dayandıracaq. Məlumata görə, müvəqqəti büdcə layihəsinin lehinə 174 üzv, əleyhinə isə 235 nəfər səs verib. Qanun layihəsi demokratlarla yanaşı, bəzi respublikaçılar tərəfindən də qəbul edilməyib. Demokartlarla birlikdə 78 respublikaçı da səsvermədə “yox” səs verib.

Qeyd edək ki, bundan əvvəl demokratlar və respublikaçılar müvəqqəti büdcə ilə bağlı razılığa gəlmişdilər, lakin Trampın məsələnin əskinə danışması ilə razılaşma pozulub. ABŞ qanunlarına görə, Konqres hər il oktyabrın 1-də başlayan və sentyabrın 30-da başa çatan bütün maliyyə ili üçün büdcəni vaxtında təsdiq edə bilmirsə, buna qədər olan dövr müvəqqəti büdcələrlə həll olunmalıdır. Büdcənin qəbul edilmədiyi dövrlərdə xərcləmə səlahiyyətini itirən federal hökumət həyati xidmətlər istisna olmaqla, bütün fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.

Избранный
6
4
metbuat.az

5Источники