RU

Üç Rusiya vətəndaşı Qazaxıstandan çıxarılıb

Üç Rusiya vətəndaşı ikili vətəndaşlığa görə Qazaxıstandan çıxarılıb.

SİA-nın məlumatına görə,bu barədə “Polisiya” informasiya portalı yazır.

Nəşrin məlumatına görə, 23, 40 və 48 yaşlı üç nəfərin ikinci vətəndaşlığı - Rusiya vətəndaşlığı olub.

Xarici vətəndaşlıqları barədə məlumat vermədiklərinə görə onlara qarşı inzibati protokollar tərtib edilib.

Məhkəmə onlara 738 min qazax tengesi (144 815 rubl) məbləğində cərimə və ölkədən deportasiya təyin edib. Qazaxıstan qanunlarına görə, respublika vətəndaşlarının ikinci vətəndaşlığı ola bilməz.

Bundan əvvəl Qazaxıstanda 67 yaşlı Rusiya vətəndaşı saxlanılıb.

O, 1984-cü ildə törətdiyi ağır cinayətlərə görə axtarışda olub.

Nazlı Almuradova

Избранный
8
sia.az

1Источники