Bu gün futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, Türkiyədə top qovan azərbaycanlı futbolçular – Renat Dadaşov, Həsən Nəzərov (“Ankaragücü”) və Vüsal İsgəndərlinin (“Boluspor”) komandalarının da qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Püşkün nəticəsinə əsasən, “Ankaragücü” A qrupunda yer alacaq. Bu qrupda “Trabzonspor”, “Alanyaspor”, “Rizəspor”, “Fatih Karagümrük” və “İskəndərunspor” komandaları da var.
“Boluspor” isə C qrupunda “Qalatasaray”, “Başakşəhər”, “Konyaspor”, “Eyüpspor” və “Çorum”la üz-üzə gələcək.
Türkiyə Kubokunda yeni reqlamentə əsasən, 6 komandadan ibarət olan qruplarda hər klub 3 oyun keçirəcək. Nəzərovla Dadaşovun komandası “İskəndərunspor”, “Rizəspor” və “Alanyaspor”la qarşılaşacaq. İsgəndərlinin formasını geyindiyi “Boluspor” isə “Qalatasaray”, “Eyüpspor” və “Çorum”la münasibətlərinə aydınlıq gətirəcək.
Türkiyə Kuboku
Qrup mərhələsi
A qrupu
“Trabzonspor”
“Alanyaspor”
“Rizəspor”
“Ankaragücü”
“Fatih Karagümrük”
“İskəndərunspor”
B qrupu
“Fənərbaxça”
“Kasımpaşa”
“Qaziantep”
“Göztəpə”
“İstanbulspor”
“Ərzurumspor”
C qrupu
“Qalatasaray”
“Başakşəhər”
“Konyaspor”
“Eyüpspor”
“Çorum”
“Boluspor”
D qrupu
“Beşiktaş”
“Sivasspor”
“Antalyaspor”
“Bodrumspor”
“Kocaelispor”
“Kırklarelispor”