RU

Suriyada sakinlər banklara pullarla dolu zibil torbaları gətirir - FOTO

Suriyada yerli sakinlər pulla dolu çantalarla banklara basqın edir.
 

Sfera.az bildirir ki, Suriyanın paytaxtı Dəməşqdə çəkilmiş fotolarda insanların bəzən böyük zibil torbalarında yığın-yığın dəyərsiz əskinasları banklara daşıdıqları əks olunub. Səbəb isə idarəolunmaz inflyasiyadır.


Hazırkı qiymət səviyyəsi inanılmaz həddə çatıb. Ölkədə orta aylıq gəlir maksimum 20 litr benzin və ya 10 çörək almağa bəs edir.
“Suriyada inflyasiya uzun illərdir ki, idarəolunmazdır: hazırkı qiymət səviyyəsi isə inanılmaz həddə çatıb: ölkədə orta aylıq gəlir maksimum 20 litr benzin və ya 10 çörək üçün kifayətdir” - deyə KİV yazır.
 

Bəşər Əsəd də Suriya lirəsinə o qədər də güvənmədiyi üçün bütün əmanətlərini xarici valyutada saxlayıb.

 

Qeyd olunur ki, Bəşər Əsədin ölkədə hakimiyyətinin süqutundan və Rusiyaya qaçmasından sonra Suriyanın yeni hökuməti son dərəcə çətin vəzifə ilə üzləşib - iqtisadiyyatı sabitləşdirmək, beynəlxalq yardımı səfərbər etmək və Suriya lirəsinə inamı bərpa etmək.


İndi sakinlər pullarına qənaət edərək xarici valyuta, əsasən ABŞ dolları və ya avro almağa çalışırlar.
 

Suriyalılar lirəni dollar və ya avroya dəyişməyə çalışırlar.

 

“BILD”in məlumatına görə, Bəşər Əsəd də Suriya lirəsinə o qədər də güvənmədiyi üçün bütün əmanətlərini xarici valyutada saxlayıb. Qərb mətbuatının yazdığına görə, prezident devrilməzdən bir neçə il əvvəl gizli şəkildə ABŞ dollarlarını saxlamağa başlayıb. Məbləğ isə iki tona yaxın nağd puldur.

 

Aysel

Избранный
31
sfera.az

1Источники