RU

TƏCİLİ: Almaniyada avtomobillə insanların üzərindən keçən şəxs saxlanıldı

Alman mətbuatının məlumatına görə, hücum edən şəxs 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı vətəndaşıdır, lakin bu məsələ tam təsdiqini tapmayıb.

Turkustan.az xəbər verir ki,alman polisindən verilən məlumata görə, təcavüzkarın evində axtarışlar başlayıb və telefonu ələ keçirilib. Hücum edən şəxsin 2006-cı ildə Almaniyaya getdiyi və orada yaşamaq icazəsi aldığı bildirilir. Həmin şəxsin həkim olduğu və Bernburqda təcrübə keçdiyi güman edilir.

İlkin məlumata görə, Maqdeburq polisi həmin şəxsin hücumu tək həyata keçirdiyini düşünür. Maqdeburq polisi sakinlərə evdə qalmağa və çölə çıxmamağı məsləhət görüb. Maqdeburqun mərkəzindən giriş və çıxış böyük ölçüdə qadağandır. Cənub və şimal qatar stansiyaları bağlanıb.

Alman polisi Almaniya vətəndaşlarından hadisə ilə bağlı ipucu toplamaq üçün paylaşılan ünvana foto və video yükləmələrini xahiş edib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
16
turkustan.az

1Источники