RU

“Kənddən Şəhərə” Yeni il yarmarkası öz qapılarını açdı

Bu gündən etibarən 7-ci "Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb.

Qaynarinfo xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan yarmarka 10 gün davam edəcək və dekabrın 30-da sona çatacaq.

Yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarının məhsullarını şəhər bazarına çıxarmaq, fermerlərə alternativ satış kanalları yaratmaq və paytaxt sakinlərini yerli, keyfiyyətli məhsullarla təmin etməkdir.

Yarmarkada Azərbaycanın 30 şəhər və rayonundan 100-dən çox fermer, təsərrüfatlarında yetişdirdikləri 100-dən artıq məhsul çeşidini satışa çıxarıb. Təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Vətəndaşlar məhsullarla bağlı hər hansı sualları olduqda, yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edə bilərlər.

Fermerlər burada satış üçün tələb olunan bütün vasitələrlə – piştaxta, tərəzi və digər avadanlıqlarla ödənişsiz təmin olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında, "Gənclik” metro stansiyasının çıxışı yaxınlığında, Atatürk parkının qarşısında yerləşir.

Bayram ab-havasında təşkil olunan yarmarka həm fermerlər, həm də şəhər sakinləri üçün unikal bir platformadır.
Избранный
43
19
qaynarinfo.az

10Источники