İranın Dəməşqdəki səfirliyinin texniki əməkdaşı terror aksiyası nəticəsində həlak olub. Yeniavaz.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib. “Bazar günü, dekabrın 15-də terrorçu ünsürlər İranın Dəməşqdəki səfirliyinin əməkdaşı Seyid Davud Bitərəfin avtomobilini atəşə tutub, o, öldürülüb”, - Bəqayi bildirib.