RU

Seçkilərdə iştirak üçün daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar növbəti iclası keçirilir.

İclasda qarşıdan gələn bələdiyyə seçkilərində Respublikaçı Alternativ (REAL) Partiyasının, Ağ Partiyanın, Gələcək Azərbaycan Partiyasının, Ədalət Partiyasının, Vəhdət Partiyasının, Haqq Ədalət Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Azad Vətən Partiyasının, Müasir Müsavat Partiyasının və Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Komissiya sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.

Избранный
8
3
azpost.info

10Источники