RU

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkətinin gələn il üçün hədəfləri və nəzərdə tutulan layihələr müzakirə edilib.

Bu barədə “Report” “SOCAR Türkiyə”yə istinadən xəbər verir. Müzakirələr İstanbulda keçirilən “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclasında aparılıb.

İclasda, şirkətin 2024-cü ildəki fəaliyyəti, əldə etdiyi mühüm nailiyyətlər və strateji hədəflərə çatmaqda göstərdiyi performans ətraflı qiymətləndirilib.

Həmçinin TANAP-ın İdarə Heyətinin iclasında layihənin 2024-cü il üzrə fəaliyyəti, enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfələr və əməliyyat fəaliyyətindəki uğurlar müzakirə edilib. İclasda 2025-ci il üçün qarşıya qoyulan hədəflər və layihələr ətraflı dəyərləndirilib.

Qeyd edək ki, SOCAR 15 il ərzində Türkiyədə layihələrə ümumilikdə 18 milyard ABŞ dollarından çox investisiya yatırıb. Şirkət, Türkiyənin neft-kimya sektorunda yeni investisiya layihələri həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, “SOCAR Turkey” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Turkey" qonşu ölkənin "Petkim Petrokimya Holding” - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir. Türkiyədə şirkət həmçinin STAR neft emalı zavodu, konteyner terminalı, elektrik stansiyası tikib, həmçinin daxili bazara qaz tədarükü və Türkiyənin bir sıra iri şəhərlərindəki hava limanlarında təyyarələrin yanacaqdoldurma məntəqələrinə neft məhsulları tədarükü ilə məşğuldur.

Избранный
6
9
far.az

10Источники