RU

Japarov: Pulu xərcləməyi bacarmırsınızsa, bizə verin!

Qırğızıstan Prezidenti Sadır Japarov qərbyönümlü QHT-lərin böyük məbləğdə vəsaitləri yalan, böhtan və neqativ yaymaq üçün istifadə etdiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.

Sadır Japarovun sözlərinə görə, donorlar QHT-lərdən və nəşrlərdən gözəl hesabatlar alsalar da, əslində onlar sadəcə dezinformasiya yayırlar.

Qırğızıstan prezidentini ABŞ səfirliyinin bu cür qrantlar ayırması faktı da təəccübləndirib, çünki səfirlik bu işlərlə məşğul olmamalıdır.

"Əgər pulları hara sərf edəcəyinizi bilmirsinizsə, onları birbaşa dövlətimizə verin, biz onları lazımi ünvanlara çatdırarıq. Əgər jurnalistikanı yüksək səviyyəyə qaldırmaq lazımdırsa, bunu edərik. Lazım olsa, söz azadlığını tam təmin edərik", – o bildirib.

Избранный
16
axar.az

1Источники