RU

Türkiyə cüdo yığmasının üzvləri qar uçqunu altında qalıblar, həlak olan var

Ankara, 21 dekabr, AZƏRTAC

Ərzurum vilayətində qar uçqunu nəticəsində Türkiyənin gənclərdən ibarət cüdo yığmasının üzvü, “Palandeken” xizək mərkəzində təlim-məşq toplanışında olan 16 yaşlı Emre Yozğan həlak olub.

AZƏRTAC Ərzurum valisi Mustafa Çiftçiyə istinadla xəbər verir ki, şənbə günü yerli vaxtla saat 10:00-da idmançılar qrupunun məşq etdiyi ərazidə qar uçqunu baş verib. “Gənc cüdoçu boyun və onurğa sınığı nəticəsində yerindəcə dünyasını dəyişib, daha üç idmançı yaralanıb”, - deyə vali qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin və jandarm qüvvələrinin əməkdaşları köməyə gəlib. Yozğanın cəsədinin iki metr hündürlü olan qarın altından aşkar edildiyi bildirilir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Избранный
14
1
azertag.az

2Источники