RU

Keçmiş MKİ analitiki Trampa Putinin sürprizi barədə xəbərdarlıq edib

...Rusiya lideri Vladimir Putin çox dəyişib və buna görə də ABŞ prezidenti Donald Tramp danışıqlarda sürprizlə üzləşib. SİA-nın məlumatına görə, bunu MKİ-nin keçmiş analitiki Larri Conson Judging Freedom nəşrinə müsahibəsində deyib. Analitik xəbərdarlıq edib ki, Vladimir Putin artıq Trampın 8 il əvvəl tanış olduğu adam deyil. Buna görə də Trampı “sürpriz gözləyir”.
…Bu fərqli Vladimir Putindir.

O, Donald Trampın bütün keçmiş rəqiblərindən daha sərt danışıqlar aparacaq.

Bunu Conson deyib.

Daha əvvəl rusiyalı analitik Anatoli İvanko demişdi ki, Tramp “emosional impulsla oyun oynaya bilən” gözlənilməz oyunçudur. Ona görə də Rusiya hadisələrin istənilən dönüşünə hazır olmalıdır.

Əli Babayev

Избранный
21
sia.az

1Источники