Hökumətin Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarından sonra Tbilisidə etirazlar 24-cü gündür ki, davam edir.
Bizim.Media xəbər verir ki, Gürcüstan paytaxtının bir sıra yerlərində yürüşlər başlayıb, iştirakçılar parlament binasına doğru irəliləyiblər.
Gürcüstan mətbuatının məlumatına görə, ölkənin hələ də prezidenti olan Salome Zurabişvili (yeni təyin olunmuş dövlət başçısı Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq red.) dekabrın 22-də bazar günü keçiriləcək etiraz aksiyasına qatılacağını bəyan edib.
Orada yerli vaxtla saat 21:00-da nümayişçilərə daha bir müraciət gözlənilir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта