RU

Səfərbərlik yaşının aşağı salınmasıdan danışan deputat işdən çıxarılacaq

Ukrayna parlamentinin – Ali Radanın iqtisadi inkişaf komitəsinin müşaviri Nazari Volyanski səfərbərlik yaşının tezliklə azaldılması ilə bağlı sözlərinə görə vəzifəsindən azad ediləcək.

Komitənin rəhbəri Dmitri Nataluxa bu barədə öz Facebook səhifəsində məlumat verib.

“Komitənin növbəti iclasında biz bu şəxsin müşavir statusundan məhrum edilməsi məsələsini qaldıracağıq və digər məsləhətçilərlə onların funksionallığı və ictimai statusu ilə bağlı əlavə izahat işləri aparacağıq”, – Nataluxa yazıb.

Onun sözlərinə görə, Rada 2025-ci ildə səfərbərlik yaşını aşağı salmağı planlaşdırmır.

Volyanski bir gün əvvəl Ukraynada səfərbərlik üçün minimum yaş həddinin ABŞ və Avropanın tələbi ilə 2025-ci ilin əvvəlində guya 18-20 yaşa endiriləcəyini bildirmişdi.

Noyabrın sonunda ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya ordunun sayını sürətlə artırmaq üçün minimum səfərbərlik yaşını 25-dən 18 yaşa endirməyi təklif edib. Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələrində silah çatışmazlığını nəzərə alaraq 18 yaşdan yuxarı vətəndaşların səfərbər edilməsi yersizdir.//Musavat.com

Избранный
5
7
konkret.az

8Источники