Türkiyənin müvəqqəti işlər vəkili: Ərdoğanın Suriyaya səfəri gözlənilir...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.
O bildirib ki, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür.
Yeni mərhələ barədə danışan diplomatın sözlərinə görə, Suriya-Türkiyə münasibətləri təxminən Osmanlı dövründəki kimi olacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan Fidanın Dəməşqə gedəcəyini bildirmişdi. Bundan əvvəl Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Suriyaya gedib.
Poliqon.info