RU

Sandu o qədər məhdudiyyət tətbiq etdi ki... - Dodon

Moldova Prezidenti Maya Sandu və onun partiyası guya “korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə” adı altında o qədər məhdudiyyətlər tətbiq etdilər ki, iqtisadiyyat demək olar ki, tamamilə məhv oldu.

Paralel.az xəbər verir ki, bunu keçmiş prezident, müxalif Sosialistlər Partiyasının lideri İqor Dodon deyib.

“Korrupsiyaya qarşı mübarizə” və “çirkli pulların yuyulmasının qarşısını almaq” bəhanəsi ilə bu hökumət o qədər məhdudiyyətlər qoyub ki! Son günlərdə benefisiarlarla bağlı müzakirə olunan bəyannamə də bu məhdudiyyətlərdən biridir. Nağd ödənişlər üçün məhdudiyyətlər yanvarın 1-dən qüvvəyə minəcək. Bütün bunlar ona görə edilir ki, bu hökumət hər bir şeyin “hərəkətini” bilmək və ona nəzarət etmək, sonra isə Milli Korrupsiyaya qarşı Mübarizə Sistemindən istifadə edərək bütün arzuolunmazlarla məşğul olmaq istəyir”, - deyə o bildirib.(axar.az)

Избранный
7
5
paralel.az

10Источники