RU

De Vrij "İnter"də qalmağa hazırdır

Niderlandlı müdafiəçi Stefan de Vrij "İnter"dəki gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Nikolo Şira 32 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Burada hər şey mənə yaraşır. Əgər klubun mənə yeni müqavilə təklif etmək imkanı olsa, o zaman bu təklifi qəbul edə bilərəm”

De Vrijin Milan klubu ilə hazırkı əmək müqaviləsi gələn il başa çatır. İtaliya çempionatının bu mövsümündə 32 yaşlı müdafiəçi 11 oyun keçirib. Stefan bir qol vurdu. “İnter” hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Избранный
20
90deqiqe.az

1Источники