RU

Arteta: “Hazırda biz hələ çempionluq yürüşündə deyilik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının “Kristal Pelas”la 17-ci tur səfər oyununu (5:1) şərh edib.

Arena.az “Arsenal”ın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu gün biz soyuqqanlı idik, bir çox baxışlarda əvvəlki oyundan daha yaxşı idik. İstədiyimiz kimi müxtəlif üsullarla, müxtəlif mərhələlərdə qol vurduq və daha çox qol buraxmadıq, çünki David Rayya iki inanılmaz qurtarış etdi.

Qələbə qazandığımız üçün çox şadam, xüsusilə iki heç-heçədən sonra bu qələbə bizə gərək idi, amma ümumilikdə 10 oyuna nəzər salsaq, son 7 oyunda məğlub olmamışıq”, deyə Arteta vurğulayıb.

İspan mütəxəssis həmçinin “topçular”ın cari mövsümdə İngiltərə Premyer Liqasının qalibi olmaq imkanlarını qiymətləndirib:

“Hazırda biz hələ o yürüşdə deyilik, onların (“Liverpul”un – redaktorun qeydi) ixtiyarında isə bir neçə oyunu var. İxtiyari bir komanda üçün hər yarışda qalib gəlmək həqiqətən çətindir, ona görə də hər şey ola bilər. İstəyirik ki, hər oyunda necə yarışırıqsa, elə də yarışaq və nə baş verdiyini görək. Biz hələ yolun heç yarısını da keçməmişik”.

17 oyundan 33 xalla “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Kristal Pelas” isə 16 xalla 15-ci pillədədir.

Premyer Liqaya 15 oyundan 36 xalla “Liverpul” başçılıq edir.

Избранный
28
arena.az

1Источники