Berlin texno səhnəsi bütün dünyada tanınsa da və hətta YUNESKO-nun mədəni irs siyahısına daxil olsa da, 2024-cü ildən etibarən dünyanın ən yaxşı gecə klubları Almaniyanın paytaxtında yerləşmir.Metbuat.az lent.az-a istinadla xəbər verir ki, International Nightlife Associationun son reytinqinə əsasən, İspaniyanın İbiza adasındakı "Hï Ibiza" klubu siyahıya başçılıq edir. Texno və elektron musiqi çalınan bu 5000 tutumlu gecə müəssisəsi adanın ən məşhur əyləncə məkanlarından biridir. Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ikinci yerdə Braziliyanın Kamboriu şəhərindəki Green Valley klubudur, İbizadakı Ushuaia İbiza isə ilk üçlüyü tamamlayıb.Ümumilikdə İspaniyada beş gecə klubu reytinqin ilk 10-luğuna daxil olub. Amma ilk onluğa daxil olan yeganə alman klubu “Bootshaus” Berlində deyil, Kölndə yerləşir – onun yeri dördüncüdür. Bu arada Almaniya paytaxtının klubları arasında dünya şöhrətli Berghain 51-ci yerlə ən yüksək yerdədi.2024-cü ildə dünyada ən yaxşı 10 gecə klubu:1. Hï İbiza, İbiza, İspaniya2. Green Valley, Camboriu, Braziliya3. Ushuaïa İbiza, İbiza, İspaniya4. Bootshaus, Köln, Almaniya5. Echostage, Vaşinqton, ABŞ6. E11even, Mayami, ABŞ7. Shoko Barselona, Barselona, İspaniya8. DC-10, İbiza, İspaniya9. Opium Barselona, Barselona, İspaniya10. Avant Qardner / The Brooklyn Mirage, Nyu-York, ABŞ