“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə çempionatının 17-ci turu çərçivəsində səfərdə “Kristal Pelas” üzərində 5:1 hesablı qələbədən sonra çempionluq şanslarından danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Hələ çempionluq yarışında deyilik, çünki “Liverpul” irəlidədir və qarşıda çoxlu oyun var.
İstənilən klub üçün belə böyük turnirlərdə qalib gəlmək çətindir, ona görə də bu, hələ də mümkündür.
Biz mübarizəmizi davam etdirəcəyik. Hələ yolun yarısını da bitirməmişik”.
“Arsenal” Premyer Liqada 33 xal toplayıb və lider “Liverpul”dan 3 xal geri qalır.