RU

Aydın Bayramov Premyer Liqada 100-cü oyununu keçirdi

Premyer Liqada mübarizə aparan “Zirə”nin qapıçısı Aydın Bayramov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qolkiperin yubileyi Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 18-ci turuna təsadüf edib. O, “Səbail”ə qalib gəldikləri səfər görüşündə (1:0) 90 dəqiqə meydanda olub.

Xatırladaq ki, Aydın Bayramov 2024-cü ilin iyul ayından “Zirə”də çıxış edir. O, paytaxt klubunun heyətində 16 oyuna çıxıb, 12 qol buraxıb, 8 görüşdə qapısını toxunulmaz saxlayıb.

Bayramov daha öncə “Sumqayıt”, “Turan Tovuz”, MOİK, “Rəvan” və “Sabah”da da forma geyinib.

Избранный
42
11
arena.az

10Источники