Bakı. Trend:
Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında yerləşənKanela hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonrakiçik şəxsi təyyarə qəzaya uğrayıb.
Trend-inməlumatına görə, bu barədə ştatın qubernatoru Eduardo Leytiaçıqlama verib. İlkin məlumata əsasən, təyyarədə olan 10sərnişindən heç kim sağ qalmayıb.
“G1” portalı bildirir ki, təyyarə Braziliyanın cənub-şərqindəyerləşən San-Paulu ştatına uçmalı idi. Lakin uçuş zamanı təyyarəmebel mağazası və otellərin yerləşdiyi binaya çırpılıb, nəticədəqəzadan sonra yanğın baş verib.
Hadisə zamanı hoteldə olan 15 nəfər xəsarət alıb və onlarxəstəxanaya yerləşdirilib. Təyyarənin yerli biznesmen Luis KlaudioSalgeyro Qaleaziyə məxsus olduğu bildirilir. Lakin onun sərnişinlərarasında olub-olmadığı hələlik müəyyən edilməyib.