RU

Yəməndə husilər ABŞ təyyarədaşıyan qrupuna hücum ediblər

Yəmənin "Ənsar Allah" hərəkatına bağlı husi üsyançıları dekabrın 21-də Qırmızı dənizdə ABŞ-nın "USS Harry S. Truman" təyyarədaşıyan qrupuna raketlər və dronlardan istifadə edərək hücum ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə husilərin nəzarətində olan "Al Masirah" telekanalı xəbər yayıb.

Husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariyanın sözlərinə görə, hücum nəticəsində ABŞ-a məxsus F/A-18 qırıcısı vurulub. O bildirib ki, "silahlı qüvvələr ölkəmizə qarşı aqressiv hücuma cavab olaraq "USS Harry S. Truman" təyyarədaşıyan gəmisini və onu müşayiət edən esminesləri hədəfə alıb".

Sarianın açıqlamasına əsasən, hücum zamanı səkkiz qanadlı raket və 17 pilotsuz uçuş aparatı (PUA) istifadə olunub. Hadisənin nəticələri ilə bağlı əlavə məlumat hələlik paylaşılmayıb.

Избранный
3
2
ikisahil.az

3Источники