RU

Qətər AB-ni təhdid etdi: Qaz tədarükünü dayandıracaq

Avropa Birliyi parnik qazı tullantıları tələbini yerinə yetirməyən şirkətlərə cərimə tətbiqini nəzərdə tutan qanunu qəbul etsə, Qətər AB-yə qaz tədarükünü dayandıra bilər.

QAZÍLER.AZ  Axar.az-a istinadla xəbər verir ki, bunu Qətərin energetika naziri Saad Əl Kaabi deyib.

“Avropaya tədarükdə gəlirimin 5%-ni itirəcəyəmsə, oraya tədarük gerçəkləşdirməyəcəm. Mən blef etmirəm. “Qatar Energy”nin 5% gəliri Qətər dövlətinin 5% gəliridir. Bu, xalqın pullarıdır və mən onları itirə bilmərəm. Heç kim belə pulların itirilməsi ilə barışa bilməz”, – o bildirib.

Qeyd edək ki, 2027-ci ildə qüvvəyə minəcək qanuna görə, şirkətlərə illik gəlirinin 5%-i həcmində cərimə qoyula bilər. Qanunda məqsədin Avropada 2050-ci ilə qədər parnik qazları tullantılarını sıfıra endirmək olduğu bildirilib.

 

 

Избранный
7
2
qaziler.az

3Источники