RU

Fransanın Bakıdakı xanım səfirinin hədsizliyi: Parisdə yaşayan jurnalistin yazısı

Azərbaycan və Fransa arasındakı münasibətlər son illərdə, xüsusən də Qarabağ münaqişəsindən sonra gərginləşib.

Fransa hökumətinin və bəzi rəsmilərinin Ermənistanı açıq şəkildə dəstəklədiyini bəyan etməsi və Azərbaycanın maraqlarını nəzərə almayan mövqelər sərgiləməsi, Bakıda narazılıqla qarşılanır. Prezident İlham Əliyevin öz çıxışlarında Fransanı qərəzli yanaşmada və müstəqillik prinsipinə hörmətsizlikdə ittiham etməsini də bu konteksdə dəyərləndirmək lazımdır.

İki ölkə arasındakı gərginliyin son nümunələrindən biri kimi, Azərbaycan prezidenti İlham Əliyevin  “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində Fransayla bağlı sərt tənqidi çıxışından sonra Fransanın Azərbaycandakı səfiri Anne Boillonun sosial mediada etdiyi kinayəli paylaşımı göstərmək olar.

Azərbaycandan Fransaya olan viza müraciətlərinin çoxluğunu qeyd edən xanım Buayonun bu açıqlamasını, həm ironiya, həm də vəziyyəti yumşaltmaq cəhdi kimi də görənlər var. Məhz, belə bir fonda, onun mesajının, bir növ, "Fransanı tənqid etsəniz də, vətəndaşlarınızın ölkəmizə marağı böyükdür" anlamına gəlməsi, diplomatiyada tez-tez istifadə olunan bir üslub olsa da və iki ölkə arasındakı fikir ayrılıqlarına baxmayaraq, əlaqələrin tamamilə kəsilməyəcəyinə işarə etsə də, qərəz yükü artıq olduğu üçün cavabsız qalmamalıdır.

Bu yazı, Fransanın Azərbaycandakı səfiri Ann Buayonun twitter hesabında payladığı məlum statusa cavab xarakteri daşıyır.

Bu yazını fransız dilində də yaza bilərdim, ancaq bir halda ki, xanım səfir öz paylaşımını azərbaycan dilində edib, cavabın da doğma dilimizdə olması, fikrimcə daha arzuolunandır.

İlk öncə bir şeyi bilmək lazımdır ki, səfirlər və diplomatlar dövlət məmurlarıdırlar, onlar siyasi və manipulyativ açıqlamalardan qaçınmalı, xidmətdə olduqları ölkə ilə öz dövlətləri arasında konstruktiv əlaqələrin qurulması və inkişafı üçün səy göstərməlidirlər. İki ölkənin prezidenti yaxud rəhbərliyi arasındakı “söz atışmasına” diplomatik korpusların  daxil olması administrativ profesionallıqdan uzaqdır.

Vaxtilə, formalaşmasında və fəaliyyətinin istiqamətləndirilməsində inkarolunmaz və müstəsna rol oynayan SSRİ və indi Rusiya təhlükəsizlik orqanlarıyla bağlılığı olan erməni diasporunun təsirində olan Fransa siyasi hakimiyyətinin atdığı addımlar, Fransa xalqının və cəmiyyətinin iradəsini əks etdirmir, bu avanturizmin arxasında sadəcə siyasi opportunizm

Избранный
18
sfera.az

1Источники