ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Arizona ştatında keçirilən Turning Point USA konfransında çıxışı zamanı ölkədə yalnız iki cinsin – kişi və qadın cinslərinin tanınacağı siyasəti təsdiqləyəcəyini elan edib.
Musavat.com-un hazırladığı xəbərə görə, Tramp bildirib ki, onun administrasiyası dövründə ABŞ hökumətinin rəsmi siyasəti yalnız iki cinsin – kişi və qadının mövcudluğunu qəbul edəcək.
Tramp bunu belə ifadə edib:
“Bu, xüsusilə çətin səslənmir, elə deyilmi?”
Musavat.com bildirir ki, bu açıqlama getdikcə daha çox dövlətdə rəsmən təsdiqlənən LGBT kabusuna ABŞ-da "ölüm hökmü" çıxartmaqdır.