“Qarabağ”ın hücumçusu Olavio Juninyo “Sevilya”ya mümkün transferi ilə bağlı yaranmış vəziyyəti ilk dəfə şərh edib.
Sportinfo.az xəbər verir ki, braziliyalı legioner bu barədə “Estadio Deportivo”ya danışıb:
“Hazırda bu məsələ mənim əlimdə deyil. Bu vəziyyət haqqında çox danışa bilmərəm.
Ççünki “Qarabağ”la müqaviləm var. Mən tərəflərin razılığa gəlməsini gözləyirəm”.
“Qarabağ” İspaniya klubunun 2 milyon avroluq ilk təklifi ilə kifayətlənməyib və tərəflər güzəştə getməyə çalışır. Juninyo 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.