RU

Panama kanalının hər metri ölkəmizə məxsusdur - Panama lideri

Bakı. Trend:

Panama prezidenti Xose Raul Mulino ABŞ-ın yeni seçilmişprezidenti Donald Trampın Panama kanalına nəzarətə dair fikirlərinəsərt cavab verib.

Trend-inməlumatına görə, Mulino bildirib ki, “Panama kanalının hər metriPanamaya məxsusdur və ölkənin suverenliyi müzakirə mövzusu olabilməz.”

Prezident Mulino Panama kanalının ölkənin tarixi irsi olduğunuvurğulayaraq, 1977-ci ildə imzalanmış Torrixos-Karter müqaviləsinixatırladıb. Müqavilə, Panama kanalı zonasının ləğvini və bu su yoluüzərində Panama suverenliyini təmin edib. 1999-cu ilin dekabrındaPanama kanalı tamamilə Panamaya təhvil verilib.

Mulino qeyd edib ki, həmin tarixdən etibarən kanalın statusu iləbağlı heç bir şikayət və ya narazılıq olmayıb. O əlavə edib ki,Panama hakimiyyəti kanalı genişləndirib və bu, hazırda ölkəiqtisadiyyatına milyardlarla dollar gəlir gətirən birlayihədir.

Trampın kanal keçidi üçün yüksək tariflər məsələsinə toxunanMulino qeyd edib ki, tariflər bazar şəraiti, beynəlxalq rəqabət,mövcud qiymətlər, həmçinin kanalın təmiri və modernləşdirilməsiehtiyacına əsasən təyin edilir.

Избранный
60
az.trend.az

1Источники