“Macarıstan Ukrayna böhranının həlli üçün əlindən gələnin daha artığını etdi”.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Macarıstanın Xarici işlər naziri Peter Siyarto deyib.
Ukrayna münaqişəsinin həllində ölkəsinin rolunu qiymətləndirən P. Siyarto əlavə edib ki, macarlar son aylarda sülh missiyası həyata keçiriblər: “Əlimizdən gələni etdik. Təəssüf ki, hələlik ABŞ-nın seçilmiş prezidenti ilə görüşə bilməmişik”.