RU

Bank Respublika və AFFA arasında sponsorluq müqaviləsi imzalandı

Bank Respublika ölkəmizdə futbolun inkişafına dəstək verəcək!

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında Azərbaycan futbolunun davamlı inkişafına dəstək məqsədilə sponsorluq müqaviləsi imzalanıb. Müqaviləni “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev imzalayıblar.

İmzalanma mərasimində Bank Respublikanın rəhbərliyi, AFFA nümayəndələri, futbol ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri iştirak etdilər.

Bu əməkdaşlıq futbolun həm peşəkar, həm də kütləvi inkişafına yönəlib. 4 il müddətinə bağlanmış müqavilə çərçivəsində, Bank Respublika yalnız maliyyə dəstəyi göstərməklə kifayətlənməyərək, ölkəmizdə futbolun inkişafı, gənclərin idmana cəlb olunması və sağlam həyat tərzinin təşviqi sahəsində geniş miqyaslı layihələrin həyata keçirilməsini hədəfləyir.

Bu gün Azərbaycan futbolu üçün əlamətdar günlərdən biridir.  Bank sektorunun futbolumuzun inkişafına öz töhfəsini verməyə hazır olması sevindirici haldır. Ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə “Bank Respublika”ya dərin təşəkkürümüzü bildiririk.  Bu əməkdaşlığın həm milli assosiasiya, həm də bank üçün faydalı olacağına əminik” deyə AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
2
13
banco.az

10Источники