RU

Orban: Avropada sülhdən danışmaq qadağan idi, biz bu vəziyyəti dəyişdik

Avropa İttifaqının (Aİ) hazırkı prezidenti olmamışdan əvvəl Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin mümkünlüyü barədə danışmaq “şeytanı çağırmaq” kimi qəbul edilib və Macarıstan bu vəziyyəti dəyişməyə nail olub.

Editor.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban yerli televiziyaya verdiyi açıqlamada deyib.

“İyulun əvvəlində prezidentlik kürsüsünə keçəndə sülhdən danışmaq qəbuledilməz hesab edilirdi. Bu şeytanı çağırmaq kimi idi. 2024-cü ilin iyuluna qədər Avropada sülhdən danışmaq özümüzü gözdən salmaq deməkdi. Amma biz bunu belə buraxmadıq. Biz bu prosesin risklərini götürdük. Daim sülhdən danışırdıq və bu gün, altı aydan sonra hamı sülhdən danışır”.

Sülhdən danışmağın əvvəllər qadağan olunmuş mövzu və qadağan olunmuş siyasi məqsəd olduğunu, lakin indi bu haqda danışmağın mümkün olduğunu bildirən Macarıstan lideri deyib: “Milad atəşkəsi təklif etdim. “Ukrayna hansısa müəmmalı səbəbə görə hələ hazır deyil, lakin (pravoslav) Milad hələ gəlməyib, biz təslim olmuruq”.

//Gülnarə Abasova, Editor.az

Избранный
9
editor.az

1Источники