RU

"Qarabağ" 100-ün astanasında qaldı

2024-cü ildə Misli Premyer Liqasında 180 oyun keçirilib. 

Fanat.Az xəbər verir ki, 2023/24 mövsümünün ikinci, cari çempionatın ilk yarısını əhatə edən bu matçlarda 472 qol vurulub. 

9 komanda hər iki mövsümdə, “Qəbələ” və “Şamaxı” yarım il ərzində Premyer Liqada mübarizə aparıb.

İlin ən yaxşısı “Qarabağ” olub. 36 matçda 89 xal toplayan Qurban Qurbanovun yetirmələri böyük fərqlə digər komandaları üstələyiblər. 28 qələbəsi olan Ağdam klubu qol sayında “100”ün bir addımlığında qalıb.

“Sabah” ikinci, “Zirə” üçüncü göstəriciyə malikdir. Qəsəbə klubu 36 oyun keçirənlər arasına ən az top buraxan komandadır.

1.    Qarabağ    36    28    5    3    99-30    89
2.    Sabah    36    17    11    8    52-42    62
3.    Zirə    36    17    8    11    48-28    59
4.    Turan Tovuz    36    15    13    8    48-40    58
5.    Sumqayıt    36    14    8    14    33-41    50
6.    Araz-Naxçıvan    36    14    7    15    32-44    49
7.    Neftçi    36    11    12    13    46-50    45
8.    Kəpəz    36    9    5    22    40-79    32
9.    Səbail    36    6    7    23    40-63    25
10.    Şamaxı    18    4    5    9    16-23    17
11.    Qəbələ    18    3    3    12    18-32    12

Избранный
5
fanat.az

1Источники