RU

Şirkət maşınından 127 min aparan üçüncü şəxs də tutuldu

Dekabrın 16-sı Sumqayıtda şirkət avtomobilinə basqın edərək külli miqdarda pul aparan daha bir nəfər polis tərəfindən saxlanılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, quldurluğa məruz qalmış avtomobil “Linkoil” MMC-yə məxsus olub.
 

Şirkət əməkdaşı Şahin Şirinovun idarə etdiyi “Chevrolet” markalı avtomobildən 127 298 manat pulu açıq talama yolu ilə aparan qrupun digər üzvü, 1981-ci il təvəllüdlü Sumqayıt sakini Namiq Məhəmməd oğlu Pirməmmədov keçirilən əməliyyatla polis əməkdaşları tərəfindən saxlanılıb.


Onun əvvəllər Cinayət Məcəlləsinin 127, 128 və 221-ci maddələrinə əsasən məhkum olunması da məlum olub.

Qeyd edək ki, daha əvvəl quldurluqda iştirak etmiş 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov da tutulmuşdu.

Bizim.Media

Избранный
4
11
bizim.media

10Источники