Bakı. Trend:
Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesirəqəmsallaşdırılır.
Trend xəbərverir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar QurbanovTƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dairmətbuat konfransında deyib.
O bildirib ki, nəzərdə tutulan fəaliyyət planına əsasənhospitalizasiya prosesinin elektronlaşdırılması istiqamətləri üzrəgenişmiqyaslı işlər həyata keçirilib, həmçinin, 103 ÇağrıMərkəzinin fəaliyyətində innovativ həllərin tətbiqi, çağırışbriqadaları üçün elektron sistemin qurulması və təcili yardımınçağırılması imkanlarının genişləndirilməsi ilə bağlı işlər görülüb,müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsiplanlaşdırılır:
“Eyni zamanda vərəm modulu, çarpayı modulu, təxliyə modulu kimimodullar hazırlanıb və 2025-ci ilin ilk aylarında tabeli tibbmüəssisələrimizdə tətbiq olunacaq.
Fizioterapiya, şəkərli diabet, epikriz və digər modullar, eləcədə tibb müəssisələrinin vebsaytlarının qurulması, qurumunvebsaytının təkmilləşdirilməsi, vətəndaş məmnuniyyətininartırılması istiqamətində mobil tətbiqlərin qurulması kimifəaliyyətlərin miqyası da genişləndirilib”.