RU

İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq

İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq.

APA xəbər verir ki bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında deyib.

Bəqai bildirib ki, İran və Rusiyanın yanvarın ortalarında ikitərəfli səfər zamanı hərtərəfli əməkdaşlıq haqqında sazişi imzalaması gözlənilir.

Sözçü İranla Avropa üçlüyü ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların növbəti raundunun tarixinin müəyyən edildiyini də qeyd edib: "İranla Avropa üçlüyü arasında danışıqların növbəti raundu 2025-ci il yanvarın ortalarında keçiriləcək".

Избранный
4
2
apa.az

3Источники