AzVision.az xəbər verir ki, bəzi mənbələr Moskvanın Ukraynanın Zaporojye vilayətində və Xerson vilayətinin sağ sahilində hərbi əməliyyatları intensivləşdirməyi planlaşdırdığını iddia edirlər.
“RBK-Ukrayna” telekanalının mənbələrinin verdiyi məlumata görə, rusların Xerson vilayətinin sağ sahilində hücuma hazırlığı Zaporojyedəki fəallıqdan da yüksək səviyyədədəir.
Ukrayna hərbçiləri Zaporojye vilayətində əsas hücumun Dnepr çayına parallel olan Pyatixatki bölgəsinə yönələ biləcəyini ehtimal edirlər. Bundan əlavə, Gulyaypolye ərazisində belə cəhdlərin olunması mümkündür.
"Xerson bölgəsində ruslar artıq Dneperin sağ sahilinə keçməyə çalışırdılar. Noyabrın sonunda onların təxribat-kəşfiyyat qrupları (TKQ) Oleşek istiqamətindən Antonovski körpüsünün yaxınlığında geri oturdulub”,- məlumatda bildirilir.
Mənbələr qeyd edirlər ki, Xersona hücum qərarı artıq verilib. Əməliyyata Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı Mixail Teplinski nəzarət edəcək və tapşırıqları yerinə yetirmək üçün 4 minəqədər Rusiya hücum təyyarəsinin cəlb olunması planlaşdırılır.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта