RU

Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları barədə İCMAL hazırlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları və elektron dövlət xidmətləri bərədə zəruri məlumatların əks olunduğu icmal hazırlanaraq nəşr olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Beynəlxalq ticarət işçi qrupu məlumat yayıb.
Qeyd olunub ki, icmalın müvafiq bölmələri Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın aidiyyəti dövlət qurumlarının rəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib olunub. Biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlı maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə icmalın bəzi hissələri təqdim olunur.
Beynəlxalq ticarət
2023-cü il ərzində Azərbaycan Respublikası ərazisindən ixrac olunan mallar aşağıda qeyd edilən nəqliyyat vasitələri ilə daşınıb (çəki və statistik dəyər üzrə):
Malların Azərbaycan Respublikası ərazisindən ixrac olunması zamanı müddət hesablanarkən aşağıda qeyd olunan mərhələlər nəzərə alınmalıdır:
- gömrük orqanından asılı olmayan müddətlər istisna olmaqla (qeyri-iş günləri, istirahət günləri, bəyannamənin geri qaytarılması, ekspertiza üçün göndərilməsi və ödənişlərin ödənilməsi üçün tələb olunan müddət) malların ixracı zamanı ixrac gömrük bəyannaməsinin gömrük orqanına göndərildiyi (Status: rəsmiləşdirmək üçün göndərildi) müddətdən bəyannamənin təsdiq olunduğu tarixədək olan müddət (Status: GB təsdiqləndi və sərhəd gömrük orqanına buraxılış üçün göndərildi);
- malların dövlət sərhədindən buraxılış məntəqəsinə çatdırıldığı müddətdən yükün buraxılışının gömrük orqanı tərəfindən təsdiq edildiyi (Yük buraxıldı) tarixədək olan müddət.
INCOTERMS (Beynəlxalq ticarət sövdələşməsi) - Məhsulların satışı və çatdırılması üzrə imzalanan xarici və yerli müqavilələr çərçivəsində tərəflərin müvafiq öhdəlikləri, o cümlədən xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxalq standartlardan ibarətdir. Bu qaydalar məhsulun satıcıdan alıcıya çatdırılması zamanı qeyd olunan məsələlər üzrə tərəflər arasındakı münasibətləri tənzimləyir.
- FCA (Free Carrier - satıcının ölkəsində razılaşdırılmış yer) - Satıcı malları ixrac üçün hazır etməli və Alıcı tərəfindən müəyyən olunmuş yerdə malları alıcının təyin etdiyi daşıyıcıya təhvil verməlidir. FCA-də razılaşdırılmış yer dəniz limanından başqa istənilən məkan, hava limanı və ya dəmir yolu ola bilər. Razılaşdırılmış yer satıcının anbarı da ola bilər.
- DAP (Delivered at Place - alıcının ölkəsində razılaşdırılmış yer) - Satıcı alıcının ölkəsindəki terminaldan kənarda olan razılaşdırılmış yerə çatdırılma üçün bütün xərclərə və risklərə görə məsuliyyət daşıyır. Satıcı malları təhvil verməyi etməyi, razılaşdırılmış yerdə malları boşaltmağı öhdəsinə götürür. Ödənişə daxildir: DAT xərci + razılaşdırılmış yerə çatdırılma + razılaşdırılmış yerdə boşaldılma. Satıcının öhdəliyi bitir: boşaltma limanında mallar boşaldıldıqda.
Müəssisələr istehsal etdikləri məhsulları üç formada reallaşdırırlar:
- daxili bazarda satış;
- digər ölkəyə ixrac;
- digər ölkəyə ixrac məqsədilə 3-cü tərəfə satış.
Dövlət Gömrük Komitəsi tərəfindən 2023-cü ilin fevralından etibarən ixrac zamanı sərhəddə yük nəqliyyat vasitələri üçün elektron növbə sistemi tətbiq olunmağa başlanıb. Bu sistemin əsas üstünlüklərindən biri sərhəd-gömrük postlarında gözləmə müddətlərini azaltmaq və gömrük əməliyyatlarını daha səmərəli hala gətirməkdir. Elektron növbə sisteminin tətbiqi nəticəsində yükdaşımalar daha planlı şəkildə həyata keçirilir ki, bu da sərhəd-keçid məntəqələrində tıxacların qarşısını alır və daha sürətli keçid imkanı yaradır. Bundan əlavə, sözügedən sistem vasitəsilə növbələr real vaxtda izlənə bilər və bu da nəticə etibarilə resursların daha effektiv şəkildə idarə olunmasına və gömrük proseslərinin sürətlənməsinə imkan yaradır.
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac olunan mallar üzrə gömrük rüsumlarının dərəcələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin təsdiq edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə tənzimlənir.
Gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarının məbləği "Gömrük yığımlarının məbləğləri"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli 168 nömrəli Qərarı ilə tənzimlənir.
2024-cü ilin yanvarından etibarən Dövlət Gömrük Komitəsi tərəfindən süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) tətbiq edilməkdədir. ARAS məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemidir. Sözügedən sistemin tətbiqi nəticəsində xarici ticarət iştirakçılarının, daşıyıcıların, malların (nəqliyyat vasitələrinin) müvafiq indikatorlar üzrə risk profili müəyyən edilməklə onlara sərhəd keçidi və gömrük rəsmiləşdirilməsi proseduru, həmçinin mallar ölkə ərazisinə daxil olanadək onlar üçün müvafiq dəhliz (yaşıl, sarı, mavi, qırmızı) və mal buraxılış qaydası risk mühərriki vasitəsilə müəyyən edilir.
Sistemin tətbiqi nəticəsində ötən ilin və cari ilin yanvar-sentyabr ayları üzrə idxal-ixrac əməliyyatları ilə əlaqədar vaxt və xərclərin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı monitorinq və təhlillər aparılıb. Aparılan təhlillərin nəticəsində müəyyən edilmişdir ki, sərhədkeçmə komponenti üzrə sərhədkeçmə müddəti çərçivəsində nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasına sərf olunan vaxt ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% müsbət dinamika ilə müşahidə olunmaqla 55 (əlli beş) dəqiqədən 26 (iyirmi altı) dəqiqəyə endirilib. Eyni zamanda, qeydiyyat prosesi 30 (otuz) dəqiqəyədək tamamlanan nəqliyyat vasitələrinin payında da artım müşahidə olunub. Ümumi nəqliyyat vasitələrinin 49%-nin qeydiyyatının 30 (otuz) dəqiqə ərzində tamamlandığını nəzərə alsaq, bu ilin müvafiq dövründə artıq 66% faiz nəqliyyat vasitəsinin qeydiyyatı tamamlanıb ki, bu da 18% müsbət dinamikanın göstəricisidir.
Bu mövzuda daha ətraflı məlumatla Biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivələri və elektron xidmətlər barədə İcmal sənədində (səhifə 8-10) tanış ola bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Beynəlxalq ticarət işçi qrupuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupuna Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi rəhbərlik edir.
Избранный
7
oxu.az

1Источники