RU

Regionlarda 80% tibb məntəqələrinin vəziyyəti qənaətbəxş deyil

Ölkə üzrə regionlarda 80% tibb məntəqəsinin vəziyyəti qənaətbəxş deyil. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov anews-az-ın sualına cavab verərkən deyib.
 
"Regionlarda kənd və qəsəbələrdə olan tibb məntələrinin vəziyyəti diqqətimizdədir. İlkin səhiyyə xidməti vətəndaş üçün daima əlçatan olmalıdır. Xəstəliklərin ağırlaşmasının qarşısının alınması ilkin səhiyyə xidmətinə bağlı olan məsələdir. Bir çoxunda bu qənaətbəxş deyil. Ona görə də İcbari Tibbi Sığorta Agentliyi ilə bərabər gələn ildən həm pilot olaraq, həm də ölkə üzrə tətbiq olunan layihəyə başlamağı planlayırıq. Kəndlərdə yaşayan əhali sayına görə, tibb məntəqələrinin artıq layihələri hazırdır. Əhali çox məskunlaşan məntəqələrdə  daha böyük tibb məntəqələri qurulacaq. Əhali sayı az olan məntəqələrdə isə biraz balaca məntəqələr qurulacaq. Onların yenidən qurulması, təmiri və ya modul tipli olması ilə bağlı qərar gələn ilin əvvəlindən veriləcək. Sürətli şəkildə icrasına başlanılacaq ki, vətəndaşlar tibbi xidmətdən lazımı qaydada istifadə edə bilsin. Ümumilikdə isə 80% tibbi məntəqəsinin vəziyyəti qənaətbəxş deyil", - Qurbanov bildirib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Избранный
29
9
anews.az

10Источники