RU

Tramp: "Qrenlandiyaya nəzarəti zəruri hesab edirəm"

Donald Tramp Danimarkanın Qrenlandiya muxtar bölgəsinə sahiblik və nəzarətin mütləq zərurət olduğu fikrini müdafiə edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, "PayPal"-ın həmtəsisçisi Ken Howerini ABŞ-nin Kopenhagendəki səfiri kimi seçdiyini açıqladığı "Truth"  hesabındakı paylaşımında Tramp Qrenlandiyanın ABŞ-nin nəzarəti altında olması barədə bəyanatını təkrarlayıb.

Yeni seçilmiş prezident Tramp öz paylaşımında qeyd edib:

“ABŞ bütün dünyada milli təhlükəsizlik və azadlıq üçün Qrenlandiyaya sahiblik və nəzarəti mütləq zərurət hesab edir”.

Xatırladaq ki, Qrenlandiya 1979-cu ildə Danimarkadan muxtariyyət alsa da, xarici siyasət, təhlükəsizlik və maliyyə məsələlərində hələ də ABŞ-dən asılıdır.

Əli Hüseynov

Избранный
10
50
bakivaxti.az

10Источники