Donald Tramp Danimarkanın Qrenlandiya muxtar bölgəsinə sahiblik və nəzarətin mütləq zərurət olduğu fikrini müdafiə edib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, "PayPal"-ın həmtəsisçisi Ken Howerini ABŞ-nin Kopenhagendəki səfiri kimi seçdiyini açıqladığı "Truth" hesabındakı paylaşımında Tramp Qrenlandiyanın ABŞ-nin nəzarəti altında olması barədə bəyanatını təkrarlayıb.
Yeni seçilmiş prezident Tramp öz paylaşımında qeyd edib:
“ABŞ bütün dünyada milli təhlükəsizlik və azadlıq üçün Qrenlandiyaya sahiblik və nəzarəti mütləq zərurət hesab edir”.
Xatırladaq ki, Qrenlandiya 1979-cu ildə Danimarkadan muxtariyyət alsa da, xarici siyasət, təhlükəsizlik və maliyyə məsələlərində hələ də ABŞ-dən asılıdır.
Əli Hüseynov