Son 24 saat ərzində Ukrayna hərbçiləri 15 mərmi və üç PUA ilə Belqorod vilayətinin 4 rayonuna hücum edib.
Axar.az xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında yazıb.
Məlumata görə, vilayətin 2 kəndinə 15 mərmi atılıb, 3 yaşayış məntəqəsi isə PUA hücumuna məruz qalıb.