RU

Avropa üçün SOYUQ QIŞ YAXINLAŞIR: Fitsonun 500 milyonluq ETİRAFI

“Slovakiyanın Baş naziri Robert Fitsonun hakimiyyətə gəlməsindən sonra Bratislavanın Rusiya-Ukrayna müharibəsinə dair mövqeyi əvvəlki hökumətdən fərqlənir. O, Avropada daha çox Rusiyameylli siyasətçi kimi qəbul edilir. Macarıstanın Baş naziri Viktor Orban da Rusiyaya yaxın münasibətə malik siyasətçi hesab olunur. Bu iki şəxsin Rusiya-Ukrayna müharibəsinə yanaşması Avropanın digər ölkələrindən ciddi şəkildə fərqlənir”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Analitik Slovakiyanın Baş naziri Robert Fitsonun Moskva səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşünü və Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəql olunmasının müddətinin yekunlaşmasına dair aparılan danışıqları şərh edib.

“Rusiya qazına gəlincə, bu qaz, əsasən, Ukrayna ərazisindən ötürülür. “Şimal axını” qaz kəməri, bildiyiniz kimi, müharibənin başlamasından sonra sıradan çıxarıldı və oradan qaz axını dayandırıldı. Slovakiya Baş nazirinə təklif olunan 500 milyon avroluq məbləğin “rüşvət” kimi adlandırılması, açığı, ciddi səslənmir. Çünki bu cür məbləğlər dövlətlərarası münasibətlərdə, ümumiyyətlə, nəzərə alınmır və bu barədə danışmaq da ciddi hesab olunmaz. Amma bütün hallarda Ukrayna Rusiya ilə müharibə aparır və mümkün qədər çalışır ki, Rusiyanı iqtisadi baxımdan zəiflətsin”.

Siyasi təhlilçinin fikrincə, Avropa ölkələri müharibəyə dəstək versə də, Ukraynanın Rusiya ilə enerji sahəsində əməkdaşlığı və ticarəti davam edir:

“Qərb mətbuatının məlumatına görə, bu ticarət dövriyyəsi gündəlik bir milyard dollara çatır ki, bu da olduqca, böyük rəqəmdir. Yəni illik olaraq üç yüz milyard dollardan artıq ticarət gəliri əldə edilir ki, bu da Rusiyanın müharibəni maliyyələşdirmək üçün ciddi maliyyə ehtiyatlarına sahib olmasına şərait yaradır. Ümumilikdə, Rusiya-Ukrayna müharibəsi, əlbəttə ki, Qərb ölkələrini və xüsusilə İkinci Dünya müharibəsindən sonra Avropa cəmiyyətlərini ciddi şəkildə narahat edir. Bu cəmiyyətlər müharibənin tezliklə başa çatmasını arzulayır. Lakin hökumətlər geosiyasi maraqları ön plana çıxarırsa, cəmiyyətlər öz həyat tərzlərini və rahatlıqlarını prioritet hesab edirlər. Bu da müəyyən ziddiyyətlərə səbəb olur. Artıq üç ildir davam edən bu müharibə yalnız Ukrayna və Rusiyanı deyil, onların arxasında dayanan dövlətləri də xeyli dərəcədə yorub”.

Избранный
6
1
hurriyyet.az

2Источники