RU

Braziliyada dəhşətli təyyyarə qəzasında bir ailənin 10 üzvü ölüb

Braziliyada dəhşətli təyyyarə qəzasında bir ailənin 10 üzvü ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Braziliya Mülki Müdafiə Bölməsi məlumat yayıb.

Məlumata görə, iş adamı Luiz Klaudio Qaleazziyə məxsus kiçik təyyarə Qramado şəhərində havaya qalxdıqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən bir binanın bacasına çırpılıb.

Daha sonra isə partlayış baş verib. 

Hadisə zamanı yerdə olan 17 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Qaleazzinin şirkətindən verilən açıqlamada təyyarəni idarə edən pilotun iş adamının ailə üzvləri ilə birlikdə öldüyü bildirilib.

Şəbnəm Mehdizadə
Избранный
8
e-huquq.az

1Источники