"Barselona"nın "Betis"də icarə əsasında çıxış edən hücumçusu Vitor Roke vətəninə qayıda bilər.
Apasport.az xəbər verir ki, "Palmeyras" 19 yaşlı futbolçunu almaqda maraqlıdır.
Braziliya A Seriya klubu Roke üçün bonuslar istisna olmaqla, təxminən 20 milyon avro ödəməyə hazırdır.
Transferi başa çatdırmaq asan olmayacaq, çünki "Betis" oyunçunu almaq hüququna malikdir.
Roke Sevilya komandasının heyətində 23 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Hücumçunun "Barselona" ilə müqaviləsi 2031-ci ilə qədərdir.
"Qalatasaray"a darmadağın olan klub prezidenti istefa verdi
İkiqat Avropa çempionu karyerasını bitirdi - VİDEO
Volkan Demirel Şenol Güneşlə görüşməkdən imtina etdi
Dortmund klubu "Çelsi"nin transfer hədəfi üçün 70 milyon avro tələb edir
Ziyeş niyə "Qalatasaray"dan ayrılmaq istəyir? - Şok İddia