RU

11 GÜNDÜR FİLİPPİNDƏ OLAN EYYUB HÜSEYNOVA DÜNƏN YOL POLİSİNDƏN CƏRİMƏ GƏLİB-İNANILMAZ!

Bəzən belə inanılmaz hadisələr də olur: ayağını ayağının üstünə qoyan kimi DYP-dən cərimə gəlir ki, qayda pozmusan...

Amma DYP-nin operatoru qanunu pozanda ona nəinki cərimə gəlir, heç qaşın üstə gözün var deyən də olmur.

***

Budur, İstehlakçıların Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, tanınmış ekspert Eyyub Hüseynov 12 gündür Filippində beynəlxalq tədbirdədir. E.Hüseynov bu gün "Təzadlar"a zəng edərək belə bir maraqlı hadisəni danışdı: "Mən dekabrın 11-dən Azərbaycanda yoxam, Filippinin Malina şəhərindəyəm... Dekabrın 21-də mənə Baş Dövlət Yol Polisindən mesaj gəldi ki, siz Bakı-Qazax yolunun 29,5 km-liyində sürət həddini aşmaqla qaydanı pozmusunuz, 10 manat cərimə edilirsiniz. Axı bu necə ola bilərdi? Dərhal evə zəng etdim ki, bəlkə kimsə mənim avtomobilimi ələ keçirərək Qazaxa doğru irəliləyir?! Nə yaxşı ki, DİN-nin 102 xidmətinə maşın oğurluğu ilə bağlı məlumat vermədim. Amma çox həyəcanlandım... Birdən telefonuma gələn cərimə protokoluna baxdım, məlum oldu ki, Baş DYPİ-nin bu məlumatı doğru deyil. Mənim avtomobilimin markası 99UR355 "KİA"dır, sürət həddini aşan isə eyni dövlət nömrə nişanlı "Şevrolyet" markalı avtomobildir... Hesab edirəm ki, Baş DYPİ əməkdaşları bu səhvi dərhal düzəldəcəklər... Azərbaycana qayıdanda daha ətraflı məlumat verəcəyəm...".  

Bax belə. Əlavə şərhə zərurət varmı???

ELŞAD

eyyub-hus-2

 

Избранный
13
tezadlar.az

1Источники