RU

Yeni Zelandiya Kuk adaları vətəndaşlarının pasport verilməsi tələbini rədd edir

Yeni Zelandiya Sakit okeandakı Kuk adalarının vətəndaşlarına pasport verilməsi təklifini \"müstəqil olmadıqlarını” əsas gətirərək rədd edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 1News məlumat verib.
 
Belə ki, Yeni Zelandiyanın baş nazirinin müavini və xarici işlər naziri Uinston Peters Kuk adalarının baş naziri Mark Braunun pasport verilməsi tələbini qəbul etməyib.
 
Peters bildirib ki, ayrıca pasport və vətəndaşlıq yalnız tam müstəqil və suveren ölkələrə təklif olunur.
 
İki ölkə arasındakı münasibətlərin dəyişdirilməsi istiqamətində istənilən addımın referendumdan keçməsi lazım olduğunu bildirən Peters, referendum keçiriləcəyi təqdirdə Kuk Adaları vətəndaşlarının Yeni Zelandiya vətəndaşlığı ilə tam müstəqillik arasında seçim etməli olacağını vurğulayıb.
 
Peters bildirib ki, Kuk adaları hökuməti Yeni Zelandiyadan müstəqillik əldə etmək istəsə, Yeni Zelandiya danışıqlara hazırdır.
 
Bəzi Kuk Adaları vətəndaşları hökumətlərini bu mövzuda kifayət qədər məsləhətləşmələr aparmadıqlarına görə tənqid etsələr də, digərləri Yeni Zelandiyada səhiyyə xidmətlərindən faydalanmaq hüququnun zədələnəcəyindən narahatdırlar.
 
Qeyd edək ki, Yeni Zelandiya və Kuk adalarının qədim tarixə qədər uzanan xüsusi əlaqələri var.
 
Oksana

Избранный
35
azxeber.com

1Источники